Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aorta qapaq dəyişimi. Niyə kiçik kəsik?

Aorta qapağının dəyişdirilməsi 3 müxtəlif üsulla həyata keçirilir:
  • Sternotomi (açıq ürək əməliyyatı)
  • TAVI (Transfemoral Aortic Valve Implantation) üsulu
  • Kiçik kəsik ilə qoltuqaltından qapalıüsulla qapaq əvəzedilməsi (yaxud təmiri)

Hazırda ən aktual, effektiv və tövsiyə olunan üsul KiçikKəsi üsuludur.

BƏS NİYƏ KİÇİK KƏSİ?
  • İlk olaraq kəsiyin və travmanın kiçik olması səbəbindən xəstələr bu üsula daha çox üstünlük verir. Əlbəttə ki, son qərar həkim tərəfindən verilir
  • Təxminən 3-4sm-lik kəsiklə icra olunur. Burada ürəkqapağı tamamilə çıxarılır və metal və ya bioloji bir qapaq ilə əvəz olunur. Əməliyyatın müddəti olduqca qısadır. Təxminən 1,5-2 saat davam edir
  • Metal qapaqla dəyişdirildikdə, xəstənin ömür boyu başqa qapaq dəyişdirməyə ehtiyacı yoxdur
  • Sümük kəsisi yoxdur. Beləliklə, infeksiya, qanaxma kimi risklər azaldılmış olur
  • Sağalma müddəti olduqca tezdir