Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aorta disseksiya cərrahiyyəsi

Aorta disseksiyası — insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşaiyət olunan və həyati risk daşıyan ciddi patologiyadır!

Disseksiya qan damarının daxili qatında bir yırtıq kimi təyin olunur, nəticədə qan orta təbəqəyə daxil olur və təbəqələr arasında müxtəlif uzunluqda süni boşluqlar (laylanma) yaranır. Süni boşluqlar tromboz yarada bilər və ya içərisində davamlı axını olan daimi bir boşluq meydana gətirə bilər.

Disseksiya uzandıqca aorta qapağına zərər verə bilər (qan dövranını əngəlləyər). Bu vəziyyət xəstədə ürək, beyin, onurğa beyni və daxili orqanların işemik fəsadları ilə nəticələnə bilər.

Hazırda patologiyanın müalicəsi istiqamətində cərrahi əməliyyatla yanaşı endovaskulyar metodlardan da istifadə edilir. Belə ki, hazırda aorta disseksiyası hibrid üsulla ləğv olunur. Hibridüsul-klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə istifadə olunmasıdır. Bu yanaşmada daha kiçikmiqyaslı açıq əməliyyatlarla endovaskulyar qapalı əməliyyatlar kombinasiya edilir.

Beləliklə, böyükmiqyaslı açıq əməliyyatlardan və onların ağırlaşmalarından yayınmaq olur. Eyni zamanda, bu metodla xəstələrdə qan itkisinin və əlavə travmanın qarşısı almaq mümkündür.