Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Anadan gəlmə və əmələ qəlmiş ürək qüsurları

Təəsüflər olsun ki, günümüzdə də ürək-damar xəstəlikləri geniş xəstə kütləsini əhatə edir. Ürək xəstəlikləri anadangəlmə və sonradan qazanılmış ürək qüsurları olmaqla iki böyük qrupa ayrılır.

Anadangəlmə ürək qüsurları bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf pozğunluqlarıdır.

Bunlara aiddir:
  • tac damarlardakı anomaliyalar
  • mədəcik və ya qulaqcıqların inkişaf pozğunluqları
  • ürəyə gələn və ya ürəkdən çıxan damarlardakı anomaliyalar
  • ürəyin qulaqcıqlar və ya mədəciklərarası divarın defekti (dəliyi)
  • ürək qapaqlarında darlıq və ya çatmamazlığa səbəb olan anomaliyalar

(Yaxud yuxarıdakı qüsurlardan bir neçəsinin bir yerdə olduğu ürək inkişaf pozğunluqları)

Hər yaş qrupunda olan xəstələrdə müxtəlif tipli anadangəlmə qüsurlarınin cərrahi əməliyyatları uğurla həyata keçirilir.

Qazanılmış ürək qüsurları anadangəlmə olmayan, sonradan qazanılan ürək xəstəlikləridir. Bu xəstəliklər arasında ən çox rast gəlinən qapaq xəstəlikləridir.

Qazanılmış qapaq xəstəliyi ən çox uşaq vaxtı keçirilmiş (daha çox 5-15 yaş) revmatizmlə əlaqədar meydana çıxır. Əgər xəstəlik dərmanlarla müalicə olunmursa, cərrahi müalicəyə başlanılır. Cərrahi müalicə iki cür tətbiq edilir : qapağın təmiri və qapağın protezləşdirilməsi.