Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Neçə dəfə açıq ürək əməliyyatı keçirmək mümkündür?

Bir dəfə ürək əməliyyatı keçirmiş şəxslərə ikinci əməliyyat keçirməsi lazım olduğunu söylədikdə, onlarda normal olaraq bir narahatlıq baş qaldırır.

Yenidən ürək əməliyyatı ola bilərəmmi?l
Bunun səhhətimə bir ziyanı olmazki? - kimi suallar meydana çıxır.

Əziz Pasiyentlər!
Ehtiyac yaranarsa, ürək əməliyyatları 2-3 dəfə həyata keçirilə bilər. Əgər bu sahə üzrə ixtisaslı olan həkiminiz bunu gərəkli görürsə, ürəyinizə 2-ci 3-cü şansı verməkdən qorxmayın.

Ürək əməliyyatları ehtiyac yaranarsa 2-ci dəfə həyata keçirilə bilər. İstər döş sümüyü kəsilərək açıq ürək əməliyyatı, istərsə də minimal invaziv metodla qoltuqaltından.

İlk əməliyyata nisbətən növbəti əməliyyatlarda risk səviyyəsi yüksək olsa da uğur faizi də yüksəkdir.